dunyanin-en-varli-10-adamindan-9-u-milyardlarla-dollar-itirdi

Dünyanın ən varlı 10 adamından 9-u milyardlarla dollar itirdi

Dünyanın ən varlı 10 adamı bu ilin əvvəlindən bəri texnologiya şirkətlərinin səhmlərinin ucuzlaşamsı nəticəsində milyardlarla dollar itirib.

Dünyanın ən zəngin adı olan İlon Maskın sərvəti ilin əvvəlindən 54 milyard dollar azalıb.

Amazon-un qurucusu Ceff Bezos bu müddət ərzində 27,8 milyard dollar itirib.

Google-un qurucuları Larri Peyc və Sergey Brin hər biri 12 milyard dollar itirib.

Facebook-un yaradıcısı Mark Zukerberq 15,2 milyard dollar itirib.

Bu dövrdə 10 ən zəngin adamdan yalnız biri sərvətini artırıb; investor Warren Buffett. Milyarder investor və Berkshire Hathaway-in baş direktoru Baffetin sərvəti 2,4 milyard dollar artaraq 111 milyard dollara çatıb. Baffetin portfelinin müxtəlifliyi onun texnologiyanın çöküşündən çox zərər görməməsini təmin etdib.

Sərvətinin azalmasına baxmayaraq, İlon Mask 216 milyard dollarla dünyanın ən varlı adamı titulunu qoruyub.

Buffett bu həftə Bloomberg Milyarderlər İndeksində Zukerberqi geridə qoyaraq 6-cı yerə yüksəlib.