dunyanin-en-varli-adami-adini-itirdi

Dünyanın ən varlı adamı adını itirdi

Dünyanın ən böyük pərakəndə satış şirketi "Amazon.Com"un səhmlərinin ucuzlaşması şirkətin yaradıcısı və İcraçı direktoru Cef Bezosun (Jeff Bezos) "Dünyanın ən varlı şəxsləri"  siyahısında ikinci yerə düşməsinə səbəb olub.

İnsider.az xəbər verir ki, Bezos dünyanın ən varlı adamı adını təkrar Bil Qeytsə (Bill Gates) qaytarıb. 

Amazon-un səhmləri 8,1 faiz ucuzlaşaraq 1637 dollara ticarət olunub. Bloomberg Milyarderlər İndeksinə görə, Bezosun xalis sərvəti 102,8 milyard dollara düşüb. Beləcə Bezosun sərvəti Bil Qeytsin sərvətindən 5 milyard dollar azdır.