dunyanin-en-xosbext-olkelerinin-top-10-lugu

Dünyanın ən xoşbəxt ölkələrinin Top 10-luğu

“World Happiness Report” dünyanın ən xoşbəxt ölkələrinin reytinqini tərtib edib. Reytinq çərçivəsində millətin rifahını əks edən altı əsas parametrlərə görə 156 ölkə təhlil edilib.

Parametrlər arasında əhali üzrə ÜDM, gözlənilən həyat davamiyyəti, sosial dəstək, azadlıq, korrupsiya və səxavət dərəcəsi qeyd olunur.

İnsider.az dünyanın 10 ən xoşbəxt ölkəsini təqdim edir.

10. Avstriya

İndeks: 7,246

Avstriya Avropanın ən inkişaf etmiş ölkələrindən biridir. Avropa İttifaqına daxildir.

Ölkədə, demək olar, turizmdən tutmuş (illik ölkəni təqribən 15 milyon insan ziyarət edir) aerokosmik texnologiyalara kimi iqtisadiyyatın bütün sahələri inkişaf edib.

Sanəye istehsalatının əsas sahələri maşınqayırma (nəqliyyat və kənd təsərrüfatı), dəzgahqayırma və digər sənaye industriyasının sahələri üçün avadanlıq istesalıdır.

Onun əsas mərkəzləri Vyana, Qrats, Lints və Ştayrdır.

9. Kanada

İndeks: 7,278

Kanada əhali üzrə yüksək gəliri olan dünyanın ən zəngin ölkələrindən biri, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının və “Böyük yeddiliyin” üzvüdür. Kanada iqtisadiyyatında təxminən kanadalıların üçdə biri məşğul olan xidmət sahələri üstünlük təşkil edir.

8. Yeni Zelandiya

İndeks: 7,307

Yeni Zelandiya əsasını kənd təsərrüfatı, emal və qida sənayesi, eləcə də turizmin təşkil etdiyi bazar iqtisadiyyatı olan inkişaf etmiş ölkədir.

Ölkə iqtisadiyyatı idxal oriyentasiyasına malikdir. Əsas ticari partnyorları Avstraliya, ABŞ, Yaponiya, Çindir.

7. İsveç

İndeks: 7,343

İsveçi diversifikasiya olunmuş və rəqabətcil iqtisadiyyat xarakterizə edir. İsveçin aralarında “ABB”, “Atlas Copco”, “Oriflame”, “Saab AB”, “Saab Automobile AB”, “Scania”, “Volvo”, “Volvo Trucks”, “Ericsson”, “TELE2”, “AB Electrolux”, “TetraPak”, “Alfa Laval”, “SKF”, “H&M” kimi 50 qlobal şirkəti var.

Podşipnik istehsalatı üzrə ilk yerdədir. Ölkədə yüksək yenilik dərəcəsi, yüksək inkişaflı və daim müasirləşən infrastruktur, texnikanın əla vəziyyəti, ingilis dilinə bələd olan yaxşı təhsilli personal mövcuddur.

6. İsveçrə

İndeks: 7,480

İsveçrə dünyanın ən inkişaf etmiş və zəngin ölkələrindən biri, intensiv yüksək məhsuldarlı kənd təsərrüfatına malik və demək olar, tamamilə faydalı qazıntıları mövcud olmayan yüksək inkişaflı sənaye ölkəsidir.

Qərb iqtisadçılarının hesablamalarına görə, ölkə iqtisadiyyatın rəqabətlik səviyyəsi üzrə dünya ölkələrinin ilk onluğuna daxildir.

İsveçrədə qızıl təmizləməsi üzrə dünyanın dörd ən iri müəssisəsi yerləşir. Burada qızılın dünya üzrə hasilatının üçdə ikisi emal edilir.

Müvafiq olaraq, bu ölkə dünyada qiymətli metalın ən iri idxalçısı və ixracatçısıdır.

5. Niderland

İndeks: 7,488

Niderland müasir yüksək inkişaflı postsənaye iqtisadiyyatına malikdir.

Ağır sənaye, yəni neft emalı, kimyəvi istehsalat, qara metallurgiya və maşınqayırma sahilyanı rayonlarda, əsasən Rotterdam, həmçinin Eymyayden, Dordrext, Arnem və Naymegendə cəmlənib.

Bütün bu şəhərlər gəmiçiliyə yarar çay və kanallar üzərindədir. Dəniz sahilində isə külək-energetik fermalar yerləşib.
Həmçinin şokolad, siqar, cin (içki) və pivə istehsalatı da inkişaf edib. Kiçik miqyasına baxmayaraq, məşhur sahə Amsterdamdakı almaz emalıdır.

4. İslandiya

İndeks: 7,494

İslandiyanın iqtisadiyyatı skandinav modeli üzrə qurulub və müasir dünyada ən inkişaf etmiş ölkələrdən biridir.

Ölkə işsizliyin aşağı səviyyəsi, gəlirlərin bərabər bölgüsü və kifayət qədər yüksək iqtisadi artım templərilə xarakterizə olunur.

3. Norveç

İndeks: 7,554

Norveç Şimali Avropada ən iri neft və qaz istehsalçısıdır.

Hidroenergetikanın enerji tələbatının böyük hissəsini ödəməsi neftin böyük qismini ixrac etməyə imkan verir.

Neft fondları gələcək nəsillərin inkişafı üçün xidmət edir. Ölkə ərazisində xeyli mineral etiyyatları, böyük ticari donanma var.

2. Danimarka

İndeks: 7,600

Danimarka yüksək inkişaf səviyyəsi olan aqrar-sənaye ölkəsidir. Milli gəlirdə sənayenin payı 40%-dən çoxdur.
Ölkə əhali üzrə xarici ticarət dövriyyəsinin həcminə görə dünyada birinci yerdədir.

Danimarka Avropada ən sabit iqtisadi sistemlərdən birinə malikdir. O, balanslaşdırılmış dövlət büdcəsi, stabil valyuta, aşağı faiz stavkaları və aşağı inflyasiya səviyyəsilə xarakterizə olunur.

1. Finlandiya

İndeks: 7,769

Finlandiya avrozonaya daxil olan Avropa Birliyinin iqtisadi inkişaf etmiş ölkələrindən biridir. Artıq bu reytinqdə iki il ardıcıl olaraq birinciliyi qazanır.

Uzun müddətdir ki, Finlandiyanın üstünlükləri olaraq siyasi stabillik, iqtisadiyyatın açıqlığı, yüksək inkişaflı infrastruktur və telekommunikasiyaların etibarlılığı, həmçinin müəssisələr, elmi-texniki mərkəzlər və universitetlər arası qalşılıqlı əlaqənin yüksək səviyyəsi qalır.

Bundan başqa, Finlandiyanın rəqabətliyin təminatında yeni texnologiyaların mənimsəməsindəki cəldlik, əhalinin yüksək təhsil səviyyəsi, biznes üçün əverişli iqlim kimi faktorlar mühümdür.

Samirə Məmmədova