dunyanin-en-zengin-adamlari-umumilikde-117-milyard-dollar-itirdiler

Dünyanın ən zəngin adamları ümumilikdə 117 milyard dollar itirdilər

Ceff Bezos, Bernar Arno və Mark Zukkerberq də daxil olmaqla dünyanın 500 ən zəngin adamı ümumi sərvətlərinin 2,1%-ni və ya 117 milyard dollar itiriblər. 

İnsider.az xəbər verir ki, analitiklər sərmayədarların pessimizminin səbəbi olaraq Çini göstəriblər. 

Bununla yanaşı Bloomberg agentliyi 21 nəfərin sərvətinin 1 milyard azaldığını da qeyd edib. Ən çox zərərə məruz qalan isə 3,4 milyard dollar itirən “Amazon”un təsisçisi Ceff Bezos olub.

İlk beşlikdə 3,2 milyard dollar zərər ilə “Louis Vuitton Moët Hennessy”-nin prezidenti Bernar Arno, 2,8 milyard dollar itirən “Facebook”-un təsisçisi Mark Zukerberq, 2,4 milyard dolları ilə vidalaşan Hindistanın “Reliance Industries” şirkətinin əsas sahibi Mukeş Ambani və 2 milyard dollarından ümidini üzən “Microsoft” Bil Geyts yer alır.

Buna baxmayaraq, Bezos “Bloomberg”-in versiyasına görə, 110 milyard dollar sərvət ilə hələ də planetin ən zəngin adamı olaraq qalır. 

Agentlik qeyd edir ki, bu itkilər də nəzərə alınmaqla dünyanın ən zəngin 500 insanının sərvəti cari ilin yanvar ayının 1-dən 11%, yəni 5,4 trilyon dollara qədər artıb. 

Səbinə Səmidxan