dunyanin-ikinci-agciyerleri-de-yanir

"Dünyanın ikinci ağciyərləri" də yanır

Yanğınlar "dünyanın ikinci ağciyərləri" olaraq qəbul edilən Konqo çayı hövzəsi və Afrikanın müxtəlif bölgələrində yerləşən meşə massivlərini cənginə alıb.  

İnsider.az xəbər verir ki, NASA-nın məlumatına görə, avqustun əvvəlindən bu günədək Anqolada 6 902, Konqo Respublikasında isə 3 395 yanğın baş verib.  

Afrikada davam edən yanğınlar "dünyanın ağciyərləri" hesab edilən Amazon meşələrindəki yanğınlardan daha dağıdıcıdır. Risk altında olan bölgələr arasında Konqo çayı hövzəsi diqqət çəkir.

Bu bölgə Amazon meşələrindən sonra dünyanın ən böyük tropik yağış meşələrinə sahiblik edir. Sözügedən bölgə tonlarla karbon-dioksid qazını udur və iqlim dəyişikliyinə qarşı mübarizədə açar rolunu oynayır.

Mütəxəssislərin sözlərinə görə, Amazoniyada davam edən yanğınlar yağış meşələrinə zərər vurur, Afrikada davam edən yanğınlar isə savannaları və torpağı yararsız vəziyyətə salır.

©Oxu.az