“Bitcoin”in əsas rəqibi “Ethereum”, “The Merge” adlı təkmilləşdirmə prosesindən keçib.
Bu barədə onun yaradıcısı Vitalik Buterin sentyabrın 15-i öz “Twitter” səhifəsində yazıb.
İslahatın motivi planet üçün zəruri olan şirkətin karbon izini azaltmaq zərurəti olub.
Yeni iş alqoritmi ikinci ən böyük kriptovalyutaya enerji istehlakını əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək.
Qeyd edək ki, yenilik kriptovalyutanın “Proof-of-Work”-dan (PoW) “Proof-of-Stake”-ə (PoS) keçməsindən ibarətdir. “Proof-of-Work” konsensus alqoritmidir və blokçeyni davam etdirmək, əməliyyatlar aparmaq üçün mürəkkəb riyazi hesablamaların aparılmasını nəzərdə tutur. “Proof-of-Stake” isə böyük hesablama gücü və böyük enerji sərfiyyatı tələb etmir.