dunyanin-xilaskari-seudiyye-sehzadesinin-yaxtasinda-tapildi

“Dünyanın xilaskarı” Səudiyyə şəhzadəsinin yaxtasında tapıldı

Leonardo da Vinçinin ən bahalı rəsmi “Dünyanın xilaskarı” Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ben Salmanın yaxtasında saxlanılır.

İnsider.az incəsənət üzərində ixtisaslaşan “Artnet” portalına istinadən bildirir ki, rəsm əsəri şəhzadənin “Serene” yaxtasına çatdırılıb və Səudiyyə Ərəbstanı hökuməti Əl-Ula şəhərində miqyaslı mədəniyyət mərkəzi tikənə qədər orada qorunacaq.

Qeyd edək ki, bu əsər uzun illər itmiş sayılırdı. O, 2017-ci ildə hərracda fərdi kolleksionerə 450 milyon dollara satılmaqla, dünyanın ən bahalı sənət əsəri hesab olundu.

Samirə Məmmədova