dunyasini-deyisen-hilton-hoteller-sebekesinin-sahibi-ailesini-mirassiz-qoydu

Dünyasını dəyişən “Hilton” hotellər şəbəkəsinin sahibi ailəsini mirassız qoydu 

Amerikalı biznesmen və “Hilton” hotellər şəbəkəsinin sahibi Barron Hilton 91 yaşında Los-Ancelesdə dünyasını dəyişib. Məşhur filantropun ölümü barədə nəvəsi müğənni və fotomodel Peris Hilton sosial şəbəkədə bildirib.     

“Babam Barron Hiltonun ölümündən çox kədərləndim. O, əfsanə, xəyalpərəst, əsrarəngiz, gözəl, mehriban adam idi, nəailiyyət və macəra dolu bir həyat yaşadı”, - Peris Hilton öz “Twitter” hesabında yazıb. 

“Hilton Hotels Corporation” şirkətini baş direktoru olan, milyarder babanı öz davranışları ilə dəfələrlə məyus edən nəvələrini və digər ailə üzvlərini mirassız qoyub. Hələ 2007-ci ildə milyarder atası Konrad Hiltonun izi ilə gedərək əmlakının 97%-ni adını daşıyan Fonda vəsiyyət edib.  

Qeyd edək ki, adları qalmaqallarda səslənən Peris və Niki açıq-saçıq fotosessiyalar etdirib, pulları boş yerə xərcləyirdilər. Milyarderin digər nəvəsi Konrad Hilton isə avtomobil qaçırtdığı üçün həbsxanaya belə düşüb. 

Səbinə Səmidxan