Belə ki, düşmən tərəfindən Azərbaycan Banklar Assosiasiyasının və bankların adından vətəndaşlarımızın açıq istifadədə olan e-poçt ünvanlarına, “Telegram”, “WhatsApp” və digər şəxsi kommunikasiya vasitələrinə təxribat xarakterli elektron məlumatlar, saxta məktublar göndərilir və vətəndaşlarımızı banklardan öz vəsaitlərini çıxartmağa və digər əməliyyatlar aparmağa çağırış edirlər.
Düşmənin kiberməkanda törətməyə çalışdığı belə uğursuz təxribatları kibertəhlükəsizliyə cavabdeh qurumlarımız və mütəxəssislərimiz tərəfindən uğurla dəf edilir və əhalimiz hər zaman olduğu kimi həmrəylik göstərərək belə təxribatlara əhəmiyyət vermir.
Azərbaycan Banklar Assosiasiyası olaraq, bir daha əhalimizdən, bank müştərilərindən xahiş edirik ki, çarəsizliyə düçar olan düşmənin bu xarakterli təxribatlarına, bu məzmunda olan məlumatlara əhəmiyyət verməsinlər və belə məlumat aldıqda mütləq şəkildə öz bankaları ilə əlaqə saxlasınlar .
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti də vətəndaşlardan xahiş edir ki, hazırkı dövrdə tanımadıqları şəxslərdən gələn mesaj və zənglərə cavab verməsinlər. Məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlasınlar.
Həmçinin vətəndaşlar hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda, www.cert.az saytı və ya reports@cert.az e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.