“Tərtərdən Suqovuşan qəsəbəsinə yeni yolun çəkilməsi artıq yekunlaşmaq üzrədir”.
Bu barədə İctimai Televiziyanın efirində yayımlanan “Sabaha saxlamayaq” proqramında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Baş idarə rəisi Hidayət Rüstəmov məlumat verib.
“Aidiyyəti qurumların işçiləri yolun və ətrafını minalardan təmizləyərək, bizim işlərimizi daha da sürətli aparmağımıza kömək etdi. Tərtərdən Suqovuşana qədər uzunluğu 21 km olan yolun tikintisində sonuncu işlər gedir.
Yolun eni doqquz metr olacaq. Daha sonra Suqovuşandan Talış kəndinə uzunluğu 7 km yarım olan yol Talış kəndindən Tapqaraqoyunlu kəndinə və Qaşaltı sanatoriyasına qədər uzanacaq.
Ümumi olaraq Suqovuşandan Qaşaltı sanatoriyasına qədər uzanan yolun uzunluğu 30 km olacaq.
Bu yolla həm Tərtər, həm Naftalan şəhərinə alternativ gediş yolu yaratmış olacağıq”.