“Volkswagen” və Çinin “NIU” samokat istehsalçısı partnyor olacaqlar.
İnsider.az bu barədə “Die Welt” alman qəzetinə istinadla yazır.
Mənbənin sözlərinə görə, şirkətlər müştərək şəkildə “VW” üçün ilk elektrik samokat buraxacaqlar. Bu elektrosamokat 2018-ci ilin yazında Jenevrə avtosalonunda avtoistehsalçının konseptini nümayiş etdirdiyi “Streetmate” olacaq.
O vaxtlar “Streetmate”-in maksimal sürətinin 45 km/s təşkil edəcəyi, onun şarj olunmadan isə 34 km-ə qədər gedə biləcəyi deyilirdi. “Die Welt” yazır ki, cihaz 60 km qət edə biləcək. “Streetmate”-in üzərində oturaraq və dayanaraq getmək mümkün olacaq.
Qeyd edək ki, alman şirkəti artıq samokat konseptlərini nümayiş etmişdi, lakin, hələ ki, onları bazara çıxarmamışdı.
Samirə Məmmədova