dyp-formula-1-azerbaycan-qran-prisi-ile-bagli-melumat-yayib

DYP “Formula 1” Azərbaycan Qran Prisi ilə bağlı məlumat yayıb

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) “Formula 1” Azərbaycan Qran Prisi ilə əlaqədar Bakı şəhəri ərazisində bağlanacaq və istiqaməti dəyişdiriləcək küçə və prospektlər barədə məlumat yayıb.

BDYPİ-dən daxil olan məlumatda deyilir:

"31 may tarixindən 8 iyun tarixinədək “Formula 1” Azərbaycan Qran Prisi ilə əlaqədar keçiriləcək tədbirdə Bakı şəhəri ərazisində yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə bağlanan və istiqaməti dəyişdirilən küçə və prospektlər barədə bir daha bildiririk:

F1 Bakı halqası istiqamətində Kövkəb Səfərəliyeva, Rixard Zorqe, Puşkin, Bülbül, Səməd Vurğun, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov, Azərbaycan, Mikayıl Useynov, Zərgər Palan, Murtuza Muxtarov, Şeyx Şamil, Afiyəddin Cəlilov, Yusif Səfərov adına küçə və prospektlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdirilir.

- Bakı Zığ yolu – 8 Noyabr prospektilə hərəkət edənlər Nəcəfqulu Rəfiyev və Babək prospektləri vasitəsilə 10-cu Zavod Dairəsindən keçərək Gənclik metrosu istiqamətinə;

- Hava limanından Heydər Əliyev prospekti ilə gələnlər Koroğlu metrostansiyasından keçməklə mərkəzə doğru Nərimanov rayonu ərazisindən, həmçinin Dərnəgül yolu ilə hərəkət edə bilərlər.

- Afiyəddin Cəlilov – Mehdi Mehdizadə küçələri ilə Yusif Səfərov küçəsinin kəsişməsindən hərəkət sağa, 28 may və ya 10-cu Zavod Dairəsi istiqamətinə;

- 20-ci sahə, Bayıl qəsəbəsi və Bayraq Meydanı yanından hərəkət edənlər Mikayıl Useynov küçəsilə Bayıl qəsəbəsinin daxili yolları ilə hərəkətlərini Neftçi Qurban və Xanlar küçəsi istiqaməti üzrə Parlament prospektinə doğru davam edə bilərlər.

- Bakı-Salyan-Ələt yolundan isə hərəkət Lökbatan dairəsindən 3-cü kənar dairəvi yolla Yasamal rayonu ərazisindən keçməklə;

- Mehdi Hüseyn - Teymur Elçin küçələrindən hərəkət Şeyx Şamil küçəsi ilə kəsişmədən Lermontov küçəsinə hərəkətin əksinə və M.Axundov parkı ərazisi ilə hərəkət edən avtomobillərin Əhməd Cavad küçəsində əksinə hərəkəti nəzərdə tutulur.

- Ü.Hacıbəyov küçəsinin kəsişməsindən Füzuli küçəsinin kəsişməsinədək Səməd Vurğun küçəsində iki istiqamətli hərəkət müəyyənləşdirilib".

"Yük avtomobillərinin sürücülərindən, onların hərəkətlərini tənzimləyən hüquqi və fiziki şəxslərdən paytaxtın mərkəzi istiqamətinə səfərlərini məhdudlaşdırmaqla alternativ yollardan istifadə etməyi, eləcə də bütün sürücülərdən DYP əməkdaşlarının tədbir keçirilən ərazilərdə nizamlayıcı qismində verdiyi işarələrə düzgün əməl etmələrini xahiş edirik.

Bununla yanaşı, bölgələrdən paytaxta gəlmək istəyən, o cümlədən şəhərdə şəxsi nəqliyyat vasitələri ilə hərəkət edən vətəndaşlarımıza yollarda sıxlıqların yaranmaması üçün, həmçinin mərkəzi küçə və prospektlərdə parklama imkanlarının azaldığını nəzərə alıb, ictimai nəqliyyata üstünlük vermələrini tövsiyə edirik", - DYP-dən bildirilib.