e-kassa-nin-tetbiqi-gecikir-pos-terminallar-leng-artir

E-kassa-nın tətbiqi gecikir, POS-terminallar ləng artır

2020-ci ilin ilk 3 ayında ticarət və xidmət obyektlərində POS-terminalların sayı 3 min 659 ədəd artaraq 31 Mart 2020-ci il tarixində 71 min 217 ədədə çatıb.

İnsider.az Mərkəzi Bankın statisikasına istinadən xəbər verir ki, cəmi POS terminalların sayı 2020-ci ilin Yanvar ayında 1336 ədəd, Fevral ayında 1286 ədəd, Fevral ayında isə 1037 ədəd artıb.

2019-cu ildə POS - terminalların sayı 1358 ədəd artaraq ilin sonunda 67 min 468 ədədə çatmışdı.

Qeyd edək ki, POS terminalların sayındakı artım qənaətbəxş hesab oluna bilməz. Belə ki, 01 İul 2019-cu ilin əvvəlindən Azərbaycan Respublikasının ərazisində 4 mərhələdən ibarət olmaqla e-kassaların keçidinə başlanılıb. 01 Aprel 2020-ci il tarixindək Bakı,Gəncə və Sumqayıt şəhərlərindəki pərakəndə ticarət və ictimai iaşə obyektlərində POS-terminal funksiyasını da yerinə yetirən e-kassa tətbiq olunmalı idi. Lakin müşahidələr göstərir ki, Bakı,Gəncə və Sumqayıtda əksər ticarət və ictimai iaşə obyektlərində e-kassa mövcud deyil.