Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Odil Reno-Bassonun Azərbaycana səfəri başlayıb.
Səfər çərçivəsində Bakıda bir sıra rəsmi görüşlərin keçiriləcəyi, həmçinin Gəncənin işıqlandırma sisteminin modernləşdirilməsinə dair sazişin imzalanması gözlənilir.
Səfər sentyabrın 13-dək davam edəcək.
Xatırladaq ki, “Report”a müsahibəsində Odil Reno-Basso EBRD-nin Azərbaycan ilə əməkdaşlığın prioritetləri və onun inkişaf planları barədə danışıb.
Report