ebu-dabi-emirliyi-yasil-siyahi-ya-azerbaycani-da-elave-etdi

Əbu-Dabi əmirliyi “Yaşıl siyahı”ya Azərbaycanı da əlavə etdi

Əbu-Dabi karantinə ehtiyac duyulmayan ölkələrin, bölgələrin və ərazilərin “Yaşıl siyahı”sını yeniləyib.

Bununla bağlı “gulfnews” məlumat yayıb.

Bildirilib ki, daha əvvəl 25 apreldə təsdiqlənmiş siyahı ilə müqayisədə yeni siyahıya Azərbaycan, Almaniya, Qırğızıstan, Moldova, İspaniya və Amerika əlavə olunub.

Belə ki, bu ölkələrdən gələn sərnişinlər, Əbu-Dabi əmirliyinə endikdən sonra məcburi karantin tədbirlərindən azad ediləcək və yalnız hava limanına çatdıqdan sonra PCR testindən keçməli olacaqlar.