edliyye-nazirliyi-amnistiya-akti-15-450-nefere-samil-edilib

Ədliyyə Nazirliyi: Amnistiya Aktı 15 450 nəfərə şamil edilib

"Amnistiya Aktı 15 450 nəfərə şamil edilib".

Bunu Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi Malik Ələkbərov nazirlikdə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, onlardan 8 626 nəfər cəzadan tam azad edilib: "6 490 nəfərin cəza müddəti isə azaldılıb. Amnistiya Aktı Penitensiar Xidmət üzrə 5 971 məhkuma şamil edilib. Onlardan 2 710 nəfəri azadlıqdan mərhum olunub".

Report