efqanistanda-mescidde-terror-akti-100-den-cox-olu-video

Əfqanıstanda məsciddə terror aktı: 100-dən çox ölü - VİDEO

Əfqanıstanın şimalında Kunduz vilayətində Seyid-Abad məscidində dəhşətli partlayış baş verib. Faciə nəticəsində azı 100 nəfər həlak olub, onlarla insan yaralanıb.

İlkin məlumatlara görə, intiharçı terrorçu məscidin içində özünü partladıb.

“Taliban” nümayəndəsinin sözlərinə görə, terror aktı İŞİD terror təşkilatının üzvü tərəfindən həyata keçirilib.

Mənbə: Aamaj News