Əfqanıstanda minaların təmizlənməsi ilə məşğul olan Britaniya-Amerika qeyri-kommersiya təşkilatı “HALO Trust”ın 10 əməkdaşı qətlə yetirilib.
Bu barədə yerli “1TV” telekanalı məlumat verib.
Telekanalın məlumatına görə, hücum Əfqanıstanın şimal-şərqindəki Bəğlan vilayətində baş verib.
Silahlı hücum nəticəsində daha 14 nəfər yaralanıb.
Rəsmilər hücumun “Taliban” hərəkatı tərəfindən həyata keçirildiyini bildiriblər.