2020-ci ilin Mart ayında fiziki şəxslərin (əhalinin) banklardakı əmanətləri 443 milyon manat azalaraq 8 milyard 251 milyon manata düşüb.
İnsider.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2020-ci ilin Fevral ayının sonunda əhalinin əmanətləri 8 milyard 694 min manat ikən, Mart ayının sonunda 8 milyard 251 milyon manat təşkil edib.
Mart ayında milli valyutadakı əmanətlər 421 milyon manat azalaraq 3 milyard 701 milyon manata, xarici valyutadakı əmanətlər isə 22 milyon manat azalaraq 4 milyard 549 milyon manata düşüb.
Qeyd edək ki, Mart ayında neftin kəskin ucuzlaşması ilə əlaqədar olaraq əhali arasında narahatlıq artmış və vətəndaşlar valyuta alışını artırmışdılar. Rəsmilər bəyan etmişdilər ki, əmanətlərin çıxarılaraq dollar alınması halları mövcuddur. Əmanətlərin azalmasının digər bir səbəbi əmanətlərin tam sığortalanması müddətinin uzadılmasının gecikməsi ola bilər.
Martın sonunda fiziki şəxslərin əmanətlərinin 44,8%-i milli valyutada, 55,2%-i milli valyutada olub.Fevralın sonunda fiziki şəxslərin əmanətlərinin 47,5%-i milli valyutada, 52,5%-i xarici valyutada idi.
Marja