İlkin məlumatlara görə, 2019-cu ilin yanvar-avqust aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,4 faiz artaraq 36 milyard 861,6 milyon manat təşkil etmiş, əhalinin hər nəfərinə orta hesabla 3727,8 manatlıq gəlir düşmüşdür.
İnsider.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 33 milyard 771,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,3 faiz çox vəsait qalmışdır.