2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-iyun aylarında əhalinin gəlirləri nominal ifadədə 6,6 faiz artaraq 27,4 milyard manat təşkil etmişdir. Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.
Hesabatda qeyd edilib ki, 2019-cu ilin yanvar-may aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 7,9 faiz artaraq 583,7 manat təşkil etmişdir.
2019-cu ilin yanvar-iyun aylarında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,7 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 3,2 faiz artmışdır.