ehalinin-sayi-aciqlanib

Əhalinin sayı açıqlanıb

Ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 24692 nəfər və ya 0,3 faiz artaraq 2019-cu il may ayının 1-i vəziyyətinə 10006149 nəfərə çatıb. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

İnsider.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, cari ilin dörd ayı ərzində Azərbaycanda 44 min 741 körpə doğulub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (13,8) qalıb. Doğulanların 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqlarıdır. Körpələrdən 924-ü əkiz, 33-ü isə üçəmdir.

Həmçinin yanvar-aprel aylarında ölkədə 20 min 135 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,3-dən 6,2-yə qədər azalıb.