ehalinin-yanacaq-xercleri-ne-qeder-artib

Əhalinin yanacaq xərcləri nə qədər artıb?

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində avtomobil benzini və dizel yanacağına istehlakçılar tərəfindən 1 295,2 mln. manat xərclənib.

Bu, 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 8,6% və ya 102,6 milyon manat çoxdur.

Bu ilin may göstəricisi ilə müqayisədə iyun satışlarının həcmi 18,3% və ya 40,1 milyon manat artaraq 258,8 milyon manat təşkil edib.

Qeyd edək ki, bu ilin ilk altı ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədikləri vəsaitin 5,7%-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub ki, bu da ötən ilin eyni göstəricisindən 0,5 faiz bəndi azdır.

APA