ABŞ hökumətinin Enerji İnformasiyaları Administrasiyası (EIA) bu il Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozunu əvvəlki proqnozdan 40 min barel azaldıb.EIA-ın yeni proqnozuna görə, 2020-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 710 min barel təşkil edəcək.
İnsider.az xəbər verir ki, bu barədə EIA-ın may ayı hesabatında qeyd edilib.
Hesabata əsasən, 2021-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 740 min barel proqnozlaşdırılır. Bu isə əvvəlki proqnozdan 10 min barel çoxdur.
Report