eks-taym-menecment-vaxti-deyil-ozunu-idare-et

Əks taym-menecment: Vaxtı deyil, özünü idarə et

Çox oxusan və işləsən, mütləq lazımi nəticəni əldə edəcəksən. Bunun üçün gündəlik 5:30-da oyanmalı, kitab və kurslara vaxt ayırmalı, işləri saatlar üzrə bölüşdürməli olacaqsan. Lakin hər zaman məqsədə nail olmaq üçün həddindən artıq işləmək lazımdırmı? İnsider.az hər şeyi çatdırmaq üçün vaxtı düzgün bölüşdürməyə kömək edəcək bir neçə texnikanı təqdim edir:

Pareto prinsipi

19-cu əsrin sonunda iqtisadçı Vilfredo Pareto İtaliyada ev təsərrüfatlarındakı gəliri təhlil edirdi. Məlum oldu ki, alilələrin 20%-i vəsaitlərin 80%-nə sahibdir. Pareto qanununu başqa sözlə ifadə etsək: “Səyin 20%-i 80% nəticə, yerdə qalan səyin 80%-i isə — cəmi 30% nəticə verir.”

İstirahətlə də belədir. Hava almaq üçün küçəyə yarım saatlıq çıxıb, buna vaxtın 20%-i sərf etmək olar – nəticədə orqanizm özünə gəlir və işləməyə hazırdır. Əgər fasilələr edilməsə, 80% səyə baxmayaraq, məhsuldarlıq 20%-ə düşə bilər.

Ünsiyyətdə və dost seçimində də bu prinsipi rəhbər tutmaq olar. Ətrafınızda onlarla ünsiyyətdən sonra işləmək, yaratmaq, inkişaf etmək istədiyiniz insanların çox olub-olmadığına baxın. Ünsiyyətin 20%-i sizə 80% nəticəni verirmi? Yaxud bir insanla yarım gün keçirib özünüzü suyu sıxılmış limon kimi hiss edirsiniz?

Ard-arda bütün kurslara getmək də vaxtın çoxunun sərfiyyatı və 20% fayda deməkdir. İşə başqa tərəfdən başlamaq olar:

•    Seçimi “humanitar – texniki”, “bu xoşuma gəlir, bu isə yox” səviyyələrində təhlil et – bu halda lazımsız olanın yarısı kənara atılacaq.

•    Təxmini ideal iş yerlərinin/peşələrin/bacarıqların siyahısını tərtib et.

•    Necə olmaq istədiyinizin rəsmi. Rəsmin altında “Əgər mən ... etsəm, onda ... əldə edəcəm” şablonunu yerləşdir.

Az işləmək müftəxorluq və avaraçılıq deyil. Öz 20%-ni tapmaq işə köklənmək və effektivliyin çox olduğu güclü tərəfləri müəyyən etmək deməkdir.

Eyzenhauerin matrisi

ABŞ-ın 34-cü prezidenti olmuş Duayt Eyzenhauer bir dəfə söyləmişdi: “Mənim iki problemim var: təcili və vacib. Təcili olan vacib deyil, vacib olan isə təcili deyil”.

Hesab olunur ki, bu ifadə Eyzenhauerin matrisinin əsasını təşkil edir. Eynzenhauer matrisi məsələləri dörd meyar üzrə bölüb onların prioritetliyini müəyyən etməyə kömək edir:

•    Təcili və vacib — etməsən, uzunmüddətli hədəfə çatmazsan.
•    Təcili və vacib olmayan — etmək lazımdır, ancaq təxirə salmaq da olar.
•    Təcili deyil, lakin vacibdir — şəxsi məqsəd üçün ikinci dərəcəlidir, lakin əhəmiyyəti var.
•    Nə təcilidir, nə də ki vacib — əyləncədir, hədəflərə aidiyyatı yoxdur.

Görüşlər, repetitorlar, məşğələlər, tədbirlər, dərslər, hələ nəfəs almaq da lazımdır – vaxtaşırır o qədər iş tökülür ki, onları saatbasaat cədvəl üzrə bölüşdürmək, prioritetləri düzmək lazımdır. Təcili və vacib işi dərhal etmək və bütün tapşırıqları onlar daxil olduqca yerinə yetirmək gərəkdir. Bu yükü bölüşdürməyə və taqətdən düşməməyə kömək edir.

Əhəmiyyətlik – yeni qaradır

Öz “TED”-dəki çıxışı zamanı “Pilləkənlə yuxarı” bestsellerin müəllifi olan Rori Vaden nəyə görə müasir dünyada iki meyarı – təcililiyi və vacibliyi – praktikada hər zaman tətbiq etməyin mümkün olmadığını izah etdi. Hər şey əhəmiyyətliliyə görədir – bu, gündəlik planları onun üzrə yoxlamalı olduğumuz üçüncü yoldur. Etdiyimizin nə qədər müddət əhəmiyyəti olacaq?

Biz vaxtı deyil, özümüzü idarə edirik və bu, bizə avantaj verir. Əgər iş sizə xeyir gətirməzsə, onu yığışdırmaq olar. Onun, məsələn, onlayn-servislər vasitəsilə avtomatlaşdırmasını sınamaq olar. Yaxud, misal üçün, şirkətin əməkdaşlarına yeni korporativ servisi istifadə etməyi öyrətsək, işin effektivliyini artıra və elə həmin əməkdaşlara olan yükü azalda bilərik.

Hələlik isə taym-menecment (vaxtın idarə olunması) üzrə ən yaxşı məsləhətlərdən birini Stiv Cobs verib: “Gündə 12 saat deyil, başla işləmək lazımdır.”

Samirə Məmmədova