“Atəşgah” SŞ-nin eksperti Rüfət Ağazadə millət vəkili Nigar Arpadarainin təklifini şərh etdi.
“Bildiyimiz kimi, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta” 2011-ci ildən fəaliyyət göstərir. Amma biz bu sığorta fəaliyyətinin praktiki hissəsinə nəzər yetirsək, o zaman sığorta hadisələrinin 90%-i sırf fiziki təsir nəticəsində yaranan xəsarətlərə aid olduğunu görərik.
Bir sözlə sığorta şirkətlərinin təcrübəsini götürsək, tibbi müəssisələrdə yoluxma nəticəsində peşə xəstəliyi əldə edə biləcək tibb heyəti və digər işçilərin sayı məhduddur.
Təcrübəyə gəldikdə isə misal üçün Atəşgah sığorta şirkətinin təcrübəsini götürsək, həkimlərin, hər hansı fiziki təsir nəticəsində, məsələn əməliyyatxanada mayenin yerə dağılması nəticəsində yıxılaraq fiziki xəsarət alması və başqa fiziki təsirlər nəticəsində xəsarət alması halları olmuşdur. Təbii ki, bu hallar sığorta təminatlıdır. Amma hər hansı bir yoluxucu xəstəlikdən sığorta təminatı üçün indiyə qədər müraciət olmayıb.
Tibb müəssisələrinin infeksion xəstəlik kimi peşə xəstəliyi sayılan bilən həkim siyahısı məhdud ola bilər. Amma mövcud pandemiya dövründə təcili yardım sürücüsündən tutmuş, orada çalışan həkimlər, tibb bacıları, ümumiyyətlə infeksion xəstəliklərə əlaqəsi olmayan tibb mütəxəssisləri bütün dünyanın qarşılaşdığı xəstəlik ilə mübarizəyə cəlb olunur. Bu səbəbdən də, hazırki yeni koronavirus COVİD-19 virusunun sürətlə yayıldığı bir dövrdə millət vəkilinin müraciəti aktualdır.
Belə ki, praktiki hissəsi olmadığı üçün həkim və ümumilikdə tibb işçilərinin sığortası ilə əlaqədar qanunvericilikdə ola biləcək boşluğu aradan qaldırmaq üçün hesab edirəm ki, bu düzgün müraciət və çağırışdır.
Qeyd etməliyik ki, bu xəstəliyə görə dünyasını dəyişən həkimlər var. Təəssüf ki, bu mövcud vəziyyətin reallığıdır. Bu sahə mütəxəssislərinin sığorta şirkətləri tərəfindən düzgün və vaxtında tam sığorta təminatı və ödənişi alması üçün vaxtında atılan bir addımdır və bu addımı dəstəkləmək lazımdır.”