Analitiklər koronavirus pandemiyasından sonra dünyanın robotlaşma ilə qarşılaşa biləcəyinə dair xəbərdarlıq ediblər.
İnsider.az xəbər verir ki, “Bank of America” ekspertləri inkişaf edən ölkələrdə iş yerlərinin 75%-nin avtomatlaşdırıla biləcəyini bildiriblər. Koronavirus pandemiyasından sonra gündəmə gələcək trendlər sırasında avtomatlaşdırma və deqloballaşma yer alır.
İqtisadi inkişafın ləngiməsi dövlət borcu və ehtiyat səviyyəsi aşağı olan Braziliya, CAR və Türkiyə kimi ölkələrə güclü təsir edəcək. Pandemiya zamanı və sonrakı dövrdə bir çox ölkələr iqtisadi böhran yaşasa da bu vəziyyətdən çıxış yolu tapacaqlar.
Robotlaşma əsasən təxminən 80%-ə qədər Meksika, 60%-ə qədər Rusiyaya toxunacaq. Pandemiyadan sonra iş yerlərini 75%-ni xəstələnməyən, səhhəti ilə problem yaşamayan – robotların tutacağı ehtimal edilir.
Analitiklərin fikrincə pandemiya – sadəcə bir çox qərarların tətbiqi və epidemiyanın nadir hal olmadığı keçmişin təcrübəsini nəzərdən keçirmək üçün səbəbdir.