ekvador-prezidenti-xidmeti-teyyaresini-satisa-cixarib

Ekvador prezidenti xidməti təyyarəsini satışa çıxarıb

Ekvador prezidentinin xidməti təyyarəsi olan “Embraer EMB-135-BJ” satışa çıxarılıb.

Müvafiq sərəncamı ölkə başçısı Gilyermo Lasso imzalayıb.

Sənədin dövlət vəsaitlərinə qənaət edilməsi məqsədi daşıdığı bildirilib.

Sərəncamda ölkədə dövlətə məxsus qeyri-effektiv və vacib olmayan aktivlərin ləğv edilməsinin vacibliyi qeyd olunub.

Prensa Latina