el-qaide-nin-yemendeki-rehberi-olub-foto

“Əl-Qaidə”nin Yəməndəki rəhbəri ölüb - FOTO

“Əl-Qaidə” terror qruplaşmasının Yəməndəki lideri Xalid Batrəfi ölüb.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə ABŞ-nin kəşfiyyat və təhlükəsizlik sahəsində fəaliyyət göstərən “SİTE” qrupu xəbər yayıb.

Bildirilib ki, terror qruplaşması bununla bağlı video paylaşıb. Kadrlarda onun cəsədinin “Əl-Qaidə”nin adı və emblemi olan bayraqla örtülmüş olduğu görünüb.

40-dan çox yaşı olan Xalid Batrəfinin ölüm vaxtı və səbəbi hələlik bəlli deyil.

Qeyd olunub ki, “Əl-Qaidə” özünün yeni rəhbəri kimi Səəd bin Atef əl-Əvləqini adlı şəxsi seçib.