elektrik-enerjisinden-istifade-qaydalari-deyisib

Elektrik enerjisindən istifadə qaydaları dəyişib

Enerji Məsələlərini Tənzimləmə Agentliyi sifarişçilərin təqdim etdiyi ərizə və sənədlər əsasında 200 kVt-dan yuxarı elektrik qurğularının istismarına buraxılış aktı vermək üçün texniki baxış keçirəcək.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara görə, Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişiklik edilib.