elektron-cixarisin-ustunlukleri-ve-xususiyyetleri-movzusunda-ictimai-teqdimat-kecirilecek

“Elektron çıxarışın üstünlükləri və xüsusiyyətləri” mövzusunda ictimai təqdimat keçiriləcək

Aprelin 18-dən etibarən çıxarışların verilməsi elektron müstəviyə keçəcək. Artıq kağız çıxarış dövrünə son qoyulur.

İnsider.az-ın xəbərinə görə, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bildirilib ki, bununla bağlı aprelin 16-da “Elektron çıxarışın üstünlükləri və xüsusiyyətləri” mövzusunda ictimai təqdimat keçiriləcək. Məqsəd operativ istifadə imkanları olan elektron çıxarışa tam keçidin üstünlükləri, onun vətəndaşlar üçün yaratdığı fürsətlər barədə ictimaiyyəti məlumatlandırmaqdır.

Təqdimatda Dünya Bankının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, əmlak ekspertləri və media nümayəndələri iştirak edəcək.