elektron-siqaretlerin-satisi-mehdudlasdirilacaq

Elektron siqaretlərin satışı məhdudlaşdırılacaq

ABŞ prezident administrasiyası veyplərin (ətirli əlavələr olan elektron siqaretlər) satışını məhdudlaşdırmağa hazırlaşır.

İnsider.az bu barədə “Kommersant”-a istinadla xəbər verir.

Səbəblərdən biri, ölkənin Səhiyyə və sosial xidmətlər nazirliyin saytında ddeyilənə görə, gənclər arasıda bu məhsulun kütləvi istifadəsidir.

Təşəbbüsə əsasən, hökümət, mentol, konfet və meyvə kimi, xoş dadı olan elektron siqaretlərlə mübarizə aparmaq niyyətindədir. Bu cür məhsul bazardan çıxarılacaq. Məhdudiyyət ancaq adi tütün dadı verən elektron siqaretlərə şamil olunmayacaq. Əgər istehsalçılar hökümətin qərarı ilə razı deyilsə, onlar Qida məhsulları və medikamentlərin keyfiyyətinə sanitar nəzarət üzrə idarəyə müraciət etməli olacaqlar. Yoxlamadan sonra qurum belə məhsulun satışı barədə qərar alacaq.

“Biz boş dayanmaq fikrində deyilik, çünki bu məhsullar adi siqaretlərə və gənclərdə nikotin asılılığın yaranmasına yol açır”, — deyə səhiyyə naziri Aleks Azar bildirib.

Samirə Məmmədova