elektron-ticaret-nehenginin-direktoru-istefa-verib

Elektron ticarət nəhənginin direktoru istefa verib

ABŞ mərkəzli elektron ticarət saytı "eBay"in CEO-su (baş icraçı direktor) Devin Veniq vəzifəsindən ayrılıb.

İnsider.az xəbər verir ki, şirkətdən edilən açıqlamaya görə direktor vəzifəsini müvəqqəti olaraq "eBay"in CFO-su (baş maliyyə direktoru) Skot Şenkel icra edəcək.

CFO vəzifəsinə isə müvəqqəti olaraq maliyyə planlaşdırma departamentinin direktor köməkçisi Endi Kreq təyin olunub.

Qeyd edək ki, elektron ticarət şirkəti "eBay" 1995-ci ildə yaradılıb.

©"Finans.az"