elillere-ve-saglamliq-imkani-mehdud-sexslere-elave-teqaud-mueyyen-edilib

Əlillərə və sağlamlıq imkanı məhdud şəxslərə əlavə təqaüd müəyyən edilib

"Vətəndaşlarımız əmin olsun ki, Azərbaycanda islahatların davamı gəlir”.

İnsider.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, ölkə başçısının növbəti fərmanı ilə birinci qrup əlillərə və sağlamlıq imkanı məhdud uşaqlara və şəxslərə də əlavə təqaüd müəyyən edilib: "Onlar üçün müvafiq qanunverici baza formalaşdırdıqdan sonra, artıq sənəd qəbuluna başlanıb. Yaxın günlərdə təqaüdlərin ödənilməsinə başlanacaq. Burda 100 mindən artıq vətəndaşımız bu təqaüdlərdən istifadə edəcək”.

©ONA