elizabet-teylorun-meshur-yasil-rolls-royce-u-herraca-cixarilib-foto

Elizabet Teylorun məşhur yaşıl “Rolls-Royce”u hərraca çıxarılıb - FOTO

Nyu-Yorkda Elizabet Teylora məxsus “Rolls-Royce” hərraca çıxarılıb.

İnsider.az xəbər verir ki, avqustun 6-da hərracda satılacaq avtomobilin ilkin qiyməti $2 milyondur.

Tüstülü yaşıl rəngdə olan maşın üstü açılandır (kabriolet), qapılarında Teylorun və onun 4-cü həyat yoldaşı Edd Fişerin inisialları həkk olunub.  

“Rolls-Royce” 1960-cı ildə sifarişlə yığılıb. 1963-cü ildə “Kleopatra” filminin çəkilişlərində Teylor bu maşından istifadə edib. 

 

©Oxu.Az