elliott-management-investisiya-sirketi-barnes-noble-kitab-sebekesini-alir

“Elliott Management” investisiya şirkəti “Barnes&Noble” kitab şəbəkəsini alır

“Elliott Management” investisiya şirkəti “Barnes&Noble” kitab şəbəkəsini alır.

İnsider.az-ın “CNBC”-ə istinadən verdiyi məlumatına görə, “Barnes&Noble” beş ilə bazar dəyərinin 1 milyard dollardan çoxunu itirərək, “Amazon” və müstəqil kitab mağazaların rəqabətilə üzləşib.

“Elliott Management” hər “Barnes&Noble” səhmi üçün 6,5 dollar təklif edib. Bu, hərracın bağlanılmasının 10-günlük orta qiymətindən 43% çoxdur. Sövdələşmə məbləği şirkət borcunu nəzərə almaqla, 683 milyon dollar təşkil edəcək.

Sövdələşməni tənzimləyicilər də təsdiq etməlidir. Tərəflər sövdələşməni 2019-cu ilin üçüncü rübündə bağlamağı düşünürlər.

Qeyd edək ki, “Barnes&Noble” 1965-ci ildə təsis edilib. Nyu-York fond birjasına şirkət 1993-cü ildə çıxıb. Şirkətin saytında 2018-ci ilin yanvar ayına olan son məlumata görə, şəbəkə 630 kitab mağazasını idarə edir.

Samirə Məmmədova