Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin sədri vəzifəsindən istefa verdiyi bildirilir.
İnsider.az xəbər verir ki, İddialara görə, E.Rüstəmov artıq kollektivlə də vidalaşıb.
Məlumata görə, yaxın günlərdə baş bankirin vəzifədən azad olunması və onun yerinə yeni təyinatla bağlı Milli Məclisin toplanacağı gözlənilir. E.Rüstəmovun Baş Nazirin müavini vəzifəsinə təyin olunacağı ehtimal edilir.
Məsələ ilə bağlı Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev açqılama verib. N.Əliyev Mərkəzi Bankın mətbuat xidmətinə belə bir məlumatın daxil olmadığını deyib.
Qeyd edək ki, sabah Mərkəzi Bankın İdarə Heyətinin iclası keçirilməlidir. İclasda faiz dərəcələrinə baxılacaq. Faiz qərarından sonra Mərkəzi Bankda mətbuat konfransının keçirilməsi nəzərdə tutulub. İndiyədək KİV nümayəndələri mətbuat konfransına dəvət edilməyiblər. Dəvətin olmaması mətbuat konfransının təxirə salındığı söz-söhbətlərinin yaranmasına səbəb olub.
© Bakupost, Modern, Marja