emanetlerin-tam-sigortalanmasi-muddeti-uzadilacaq

Əmanətlərin tam sığortalanması müddəti uzadılacaq

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

İnsider.az xəbər verir ki, qanuna təklif edilən dəyişikliklə qanunun qüvvədə olma müddətinin 5 aprel 2021-ci il tarixinə qədər artırılması öz əksini tapıb.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra I oxunuşda qəbul edilib.

Report