“Əmək Məcəlləsinə çox geniş dəyişiklik layihəsi hazırlanıb”.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev məlumat verib.
O bildirib ki, artıq əksər dövlət qurumları ilə dəyişikliklərin müzakirəsi yekunlaşdırılıb:
“Eləcə də Həmkarlar İttifaqı Konfederasiyası, Sahibkarlar Təşkilatları Milli Konfederasiyası və digər sosial tərəfdaşlarımızla müzakirələr aparılır. Onların rəyləri də alınıb”.
Nazirin sözlərinə görə, Əmək Məcəlləsinə dəyişikliyin 11 maddəsi məhz əməyin mühafizəsi ilə bağlı məsələləri əhatə edir.
Sahil Babayev əlavə edib ki, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılan Əməyin Mühafizəsi Fondunun da əsas məqsədi İcbari Sığorta Bürosu ilə birgə iş yerlərində bədbəxt hadisələrdən sığortalanma məsələlərinin tam şəkildə tətbiqinin təmin edilməsinə yönəlib.
Oxu.Az