Kölgə iqtisadiyyatına, qeyri-formal məşğulluğa qarşı həyata keçirilən mübarizə tədbirləri əmək müqavilələrinin sayının artmasına da imkan verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin xidməti olan “Əmək müqaviləsi bildirişi” e-sistemindən əldə olunan məlumata əsasən, cari ilin əvvəli ilə müqayisədə özəl sektorda əmək müqavilələrinin sayı 80 min artıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında bildirilir ki, pandemiya ilə əlaqədar qeyri-dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi, özəl sektorda iş yerlərinin qorunması diqqətdə saxlanılır. Bu məqsədlə Nazirlik tərəfindən “Əmək müqaviləsi bildirişi” e-sistemi üzərindən əvvəlcədən işəgötürənlərə müvafiq bildiriş-xəbərdarlıq göndərilib, gündəlik nəzarət aparılır.