“OK!” jurnalının Rusiya versiyasının yeni sahibi müğənni və “Crocus Group”un birinci vitse-prezidenti Emin Ağalarov olacaq.
İnsider.az “RBK”-ya istinadla xəbər verir ki, bunu Ağalarov özü resursa təsdiqləyib. Sövdələşmə ən yaxın zamanda aparılacaq.
Ağalarovun sözlərinə görə, “AS Rus Media” (“OK!”-un təsisçisi) jurnalla birgə ona ticari nişanı, saytı və nəşriyyatın komandasına təhvil verəcək. KİV-in qeydiyyatı barədə şəhadətnamə hüquqi şəxs adına rəsmiləşdiriləcək.
Biznesmen bununla yanaşı nəşriyyatın redaksiya siyasətinin əvvəlki kimi qalacağını bildirib. “OK!”un baş redaktoru Vadim Vernik qalacaq.
Xatırladaq ki, “Forbes”in Rusiya versiyasının təsisçisi və nəşri olan “AS Rus Media” şirkəti ötən il saibini dəyişmişdi. Aleksandr Fedotov onu Dağıstanın keçmiş rəhbəri Ramazan Əbdülatipovun yeznəsi olan sahibkar Məhəmməd Musayevə satmışdı. 2019-cu ildə isə “Forbes”in Rusiya versiyasının eks-sahibinin müflis olduğu təsdiqləndi.
Samirə Məmmədova