emmanuel-makron-israilde-seferdedir

Emmanuel Makron İsraildə səfərdədir

Fransa Prezidenti Emmanuel Makron Fələstinin HƏMAS qruplaşmasının 7 oktyabr hücumundan sonra İsraillə həmrəyliyini ifadə etmək üçün Təl-Əvivə gedib.

Məlumata görə, səfər zamanı Fransa liderinin Qəzza zolağında “mülki əhalinin müdafiəsi” ilə bağlı çağırış edəcəyi gözlənilir.

Fransa prezidentinin Baş nazir Benyamin Netanyahu və Prezident İsxak Hersoqla görüşü planlaşdırılır. Bundan əlavə, Makronun Təl-Əvivdə HƏMAS-ın hücumu nəticəsində həlak olan və ya Qəzza zolağında girov saxlanılan Fransa və Fransa-İsrail vətəndaşlarının ailələri ilə görüşəcəyi də bildirilir.

Qeyd edək ki, ən azı yeddi Fransa vətəndaşı hələ də itkin hesab olunur. Onların hamısının HƏMAS-ın girovluğunda olduğu güman edilir.

Oxu.Az