emosiyalar-heyat-davamiyyetine-tesir-edir

Emosiyalar həyat davamiyyətinə təsir edir

Kanadanın Konkordiya universitetindən olan alimlər emosiyaların təsirini ahıl insanların həyat davamiyyəti ilə əlaqələndiriblər. İnsider.az-ın məlumatına görə, bu barədə “Psychology and Aging” jurnalında deyilir.

Tədqiqatçılar yaşı 59-dan 93-ə qədər olan iki yüz nəfər yaşlı Monreal vətəndaşının həyatını müşahidə ediblər, həmçinin qan nümunələrini toplayıb yaşlıların nə qədər tez-tez depresiyyaya qapılmaqları barədə sorğu keçiriblər.

Nəticədə alimlər qənaətə gəliblər ki, tez-tez hirslənən yaşlı insanlar digərlərindən çox iltihablardan və xroniki xəstəliklərdən əziyyət çəkir və orta hesabla daha az yaşayırlar.

Ehtimal olunur ki, mənfi emosiyalar təzə ahıl çağına qədəm qoymuş insanları motivasiya edə və onları daha fəal həyat tərzi aparmağa məcbur edə bilər. Bu, ürək və əzələlərin işləməsini möhkəmləndirir və yaşlı insanları infarkt və insulta daha az meylli edir.

Lakin aktivlik səkkiz və ya doqquzuncu onillikdə daha az ehtimal edilən olur. Bunun nəticəsində hirs ancaq sağlamlığa mənfi təsir edən yüksək stress həddinə gətirib çıxarır.

Samirə Məmmədova