Azərbaycanın ən gənc magistri artıq məzun olub. Həmin şəxs 20 yaşlı Turanə Tağıyevadır.
T.Tağıyeva “Report”a açıqlamasında bildirib ki, gələcəkdə xaricdə təhsillə bağlı müəyyən planları var. O, hazırda özəl məktəblərdən birində ictimaiyyətlə əlaqələr və marketinq üzrə işləyir:
“Beynəlxalq münasibətlər üzrə oxuduğuma görə, Xarici İşlər Nazirliyində çalışdım və iş mühiti xoşuma gəldi. Amma özümü başqa sahədə də sınamaq istədim, ona görə fəaliyyətimi dəyişdim. İşimdən məmnunam. Bəlkə nə vaxtsa, XİN-ə qayıda da bilərəm”.
O, yaşıdlarına uğur qazanmaq üçün məqsədli olmağı tövsiyə edib:
“Məqsədli olmaq uğura gedən yolu daha da asanlaşdırır. Məqsədi olan şəxsin qarşısına hansı problemin çıxmasından asılı olmayaraq o, çətinliyin öhdəsindən gəlməyə çalışır. Belə olan halda cəmiyyətə və özlərinə daha faydalı olmuş olurlar”.
Qeyd edək ki, Turana Tağıyeva 2000-ci ilin avqustunda anadan olub. 4 yaşında 193 nömrəli məktəbə gedib. 10-11-ci sinfi isə 212 nömrəli məktəbdə davam etdirib. 14 yaşında BDU-ya qəbul olub. 18 yaşında magistraturaya qəbul olub, bu il isə bitirib.