en-varli-mezunlari-olan-universitetler-reytinq

Ən varlı məzunları olan universitetlər - Reytinq

Beynəlxalq konsaltinq şirkəti olan “Wealth-X” analitiklərin ultra-zəngin sinfinə aid etdikləri məzunların bitirdiyi dünya universitetlərinin reytinqini dərc edib  (Ultra High Net Worth, UHNW — bu kateqoriyada insanın var-dövləti 30 milyon dolları keçir). Top-20-liyə ABŞ, Böyük Britaniya və Fransanın ali məktəbləri düşüb. İnsider.az bu məlumatı “RBK”-ya istinadla paylaşır.

Reytinqdə ABŞ universitetləri dominantlıq edir – onlar 17 pilləni, o cümlədən ilk beşliyin hamısını tutur. Reytinqdə həmçinin Britaniya universiteti Kembric və Oksford (müvafiq 7-ci və 13-cü pillələr) və INSEAD fransız biznes-məktəbi (19-cu yer) yer alıb.

Ultra-zəngin məzunların sayına görə liderlik Harvard universitetinə məxsusdur – onu 1830 belə məzun bitirib. Onların cəmi var-dövləti, demək olar ki, 1,9 milyard dollar edir.

İkinci yerdə Stenford universiteti (1,1 milyard dollar məbləğdə var-dövlətə sahib olan 775 ultravarlı məzun), üçüncü yerdə isə Pensilvaniya universiteti (müvafiq olaraq 774 məzun və 731 milyon dollar) yerləşib.

Reytinqdə əksər yerləri amerikan universitetlərinin tutması “Wealth-X” bir neçə faktorla izah edir. Prinsipcə ABŞ-da maksimal sayda UHNW-insan (var-dövləri 30 milyon dolları keçən) yaşayır, amerikan ali məktəbləri isə əalvə olaraq bütün dünyadan olan tələbələri cəlb edir.

Təşkilatın məlumatlarından olan nəticəyə görə, əksər hallarda məzunlar var-dövlətini özləri yığıblar. Harvardla olan halda isə böyük mirasa sahib olanların payı ancaq 6%, özləri qazanıb varlananların isə 79%-dir. Yerdə qalan 15% iki zənginlik mənbəsinin kombinasiyası ilə mümkün olub.

Analitiklər ayrıca ABŞ hüdudlarından kənarda yerləşən təhsil ocaqlarının reytinqini tərtib ediblər. Reytinqə Böyük Britaniya, Fransa, Sinqapur, Kanada, Çin, Hindistan, Livan, Avstraliya, Tayvan universitetləri daxil olub.

Samirə Məmmədova