en-yuklenmis-yollari-olan-seherler

Ən yüklənmiş yolları olan ŞƏHƏRLƏR

Naviqator istehsalçısı olan “TomTom” şirkəti dünyada ən yüklənmiş yolları olan şəhərlərin reytinqini tərtib edib. Bu reytinq dünyanın ən iri şəhərlərindəki yolların monitorinqi əsasında hazırlanıb. Reytinqdə ancaq əhalisi 800 min nəfərdən çox olan şəhərlər iştirak edib.

İnsider.az “TomTom” şirkətinə əsasən dünyanın ən yüklənmiş yolları olan 10 şəhərini təqdim edirik.

1. Mumbai, Hindistan

Şəhərdə yolların yüklənmə səviyyəsi – 65%.

Yollarda günün ən çox yüklənmə olan vaxtı axşamdır. Burada səhər tıxacları yola vaxt sərfiyyatını 80% artırdığı halda, axşam yola lazım olan vaxt 102% artır. Səhər tıxaclar Nyu-Deli sakinlərindən 24 dəqiqə, axşam isə təyinat yerinə kimi yolun hər yarım saatına 31 dəqiqə alır.

2. Boqota, Kolumbiya

Şəhərdə yolların yüklənmə səviyyəsi – 63%.

Yollarda günün ən çox yüklənmə olan vaxtı axşamdır. Burada səhər tıxacları yola vaxt sərfiyyatını 87% artırdığı halda, axşam yola lazım olan vaxt 102% artır. Səhər tıxaclar Boqota sakinlərindən 26 dəqiqə, axşam isə təyinat yerinə kimi yolun hər yarım saatına 31 dəqiqə alır.

3. Lima, Peru

Şəhərdə yolların yüklənmə səviyyəsi – 58%.

Yollarda günün ən çox yüklənmə olan vaxtı axşamdır. Burada səhər tıxacları yola vaxt sərfiyyatını 88% artırdığı halda, axşam yola lazım olan vaxt 104% artır. Səhər tıxaclar Lima sakinlərindən 26 dəqiqə, axşam isə təyinat yerinə kimi yolun hər yarım saatına 31 dəqiqə alır.

4. Nyu-Deli, Hindistan

Şəhərdə yolların yüklənmə səviyyəsi – 58%.

Yollarda günün ən çox yüklənmə olan vaxtı axşamdır. Burada səhər tıxacları yola vaxt sərfiyyatını 73% artırdığı halda, axşam yola lazım olan vaxt 95% artır. Səhər tıxaclar Nyu-Deli sakinlərindən 22 dəqiqə, axşam isə təyinat yerinə kimi yolun hər yarım saatına 29 dəqiqə alır.

Ən yüklənmiş vaxt cümə günü axşam vaxtı olur.

5. Moskva vilayəti, Rusiya

Şəhərdə yolların yüklənmə səviyyəsi – 56%.

Yollarda günün ən çox yüklənmə olan vaxtı axşamdır. Burada səhər tıxacları yola vaxt sərfiyyatını 86% artırdığı halda, axşam yola lazım olan vaxt 102% artır. Səhər tıxaclar Podmoskovye sakinlərindən 26 dəqiqə, axşam isə təyinat yerinə kimi yolun hər yarım saatına 31 dəqiqə alır.

Ən yüklənmiş vaxt cümə axşamı günü axşam vaxtı olur.

6. İstanbul, Türkiyə

Şəhərdə yolların yüklənmə səviyyəsi – 53%.

Yollarda günün ən çox yüklənmə olan vaxtı axşamdır. Burada səhər tıxacları yola vaxt sərfiyyatını 81% artırdığı halda, axşam yola lazım olan vaxt 112% artır. Səhər tıxaclar İstanbul sakinlərindən 24 dəqiqə, axşam isə təyinat yerinə kimi yolun hər yarım saatına 34 dəqiqə alır.

Ən yüklənmiş vaxt cümə günü axşam vaxtı olur.

7. Cakarta, İndoneziya

Şəhərdə yolların yüklənmə səviyyəsi – 53%.

Yollarda günün ən çox yüklənmə olan vaxtı axşamdır. Burada səhər tıxacları yola vaxt sərfiyyatını 88% artırdığı halda, axşam yola lazım olan vaxt 63% artır. Səhər tıxaclar Cakarta sakinlərindən 19 dəqiqə, axşam isə təyinat yerinə kimi yolun hər yarım saatına 26 dəqiqə alır.

Ən yüklənmiş vaxt cümə axşamı günü axşam vaxtı olur.

8. Banqkok, Tayland

Şəhərdə yolların yüklənmə səviyyəsi – 52%.

Yollarda günün ən çox yüklənmə olan vaxtı axşamdır. Burada səhər tıxacları yola vaxt sərfiyyatını 98% artırdığı halda, axşam yola lazım olan vaxt 80% artır. Səhər tıxaclar Banqkok sakinlərindən 24 dəqiqə, axşam isə təyinat yerinə kimi yolun hər yarım saatına 29 dəqiqə alır.

Ən yüklənmiş vaxt cümə günü axşam vaxtı olur.

9. Mexiko, Meksika

Şəhərdə yolların yüklənmə səviyyəsi – 53%.

Yollarda günün ən çox yüklənmə olan vaxtı axşamdır. Burada səhər tıxacları yola vaxt sərfiyyatını 82% artırdığı halda, axşam yola lazım olan vaxt 86% artır. Səhər tıxaclar Mexiko sakinlərindən 25 dəqiqə, axşam isə təyinat yerinə kimi yolun hər yarım saatına 26 dəqiqə alır.

10. Resifi, Braziliya

Şəhərdə yolların yüklənmə səviyyəsi – 49%.

Yollarda günün ən çox yüklənmə olan vaxtı axşamdır. Burada səhər tıxacları yola vaxt sərfiyyatını 76% artırdığı halda, axşam yola lazım olan vaxt 87% artır. Səhər tıxaclar Resifi sakinlərindən 24 dəqiqə, axşam isə təyinat yerinə kimi yolun hər yarım saatına 26 dəqiqə alır.

Ən yüklənmiş vaxt cümə günü axşam vaxtı olur.

Samirə Məmmədova