Bu ilin II rübündə İtaliyanın “Eni” şirkətinin mənfəəti 27% azalaraq 562 mln. avro təşkil edib.
Insider.az xəbər verir ki, şirkətin mənfəəti proqnozdan daha aşağı olub.
Mənfəətin azalması neft və qazın aşağı qiymətləri ilə əlaqələndirilir.
Hesabat dövründə şirkətin hasilatı da 2% azalıb. Bununla belə, “Eni” neft və qazın illik hasilat göstəricisinin 2-2,5% çox olacağını proqnozlaşdırır.
Şirkətin maliyyə göstəriciləri açıqlandıqdan sonra səhmləri 0,9%ucuzlaşıb.
©Report