İraqda keçirilən Ərbəin mərasimi zamanı 100-ə yaxın İran vətəndaşı həlak olub. Bu barədə bazar ertəsi İranın Bağdaddakı səfiri Məhəmməd Kazım əs-Sadiq məlumat verib.
O, ölüm hallarını yol-nəqliyyat hadisələri, xəstəliklər və zəvvarların yaşı ilə izah edib.
Əl-Sadiqin sözlərinə görə, şiələr üçün İraq ərazisindəki müqəddəs yerləri ziyarət edən iranlıların 90%-dən çoxu artıq öz vətənlərinə qayıdıb.
O əlavə edib ki, bu il şiə müsəlmanlar üçün matəm günlərində İraqın Kərbəla şəhərinə rekord sayda - təxminən 3 milyon iranlı gəlib.
Oxu.Az