erdogan-2023-cu-il-seckilerinden-danisdi

Ərdoğan 2023-cü il seçkilərindən danışdı

“Biz 2023-cü ildə baş tutacaq seçkiləri indiyə qədər mübarizə apardığımız və qazandığımız bütün seçkilərdən daha vacib görürük”.

Bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Türkiyə lideri bəyan edib ki, seçkilərdə Ədalət və İnkişaf Partiyasının qalibiyyəti, bütün Türkiyənin qalibiyyəti olacaq.

Özünün və partiyasının əldə etdiyi naliyyətləri sadalayan R.T.Ərdoğan xatırladıb ki, hakimiyəti dövründə ölkədə ali təhsil ocaqlarının sayı 78-dən 208-ə yüksəlib.

“Universiteti olmayan heç bir şəhərimiz yoxdur”, – Türkiyə prezidenti vurğulayıb.

R.T.Ərdoğan hökumətin COVID-19-la mübarizəsinə də xüsusi vurğu edib.

“Ölkənin 19 əyalətində yerləşən hər bir şəhərin öz xəstəxanaları var. Əgər onlar olmasaydı, biz COVID-19-u bu qədər asanlıqla məğlub edə bilməzdik”.

Oxu.Az