erdogan-azerbaycanla-bagli-muhum-senedi-tesdiqledi

Ərdoğan Azərbaycanla bağlı mühüm sənədi təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla 2 aprel 2021-ci il tarixində Bakıda imzalanan müqaviləni təsdiqləyib.

Bu barədə “Resmi Gazete”də qeyd edilib.

Müvafiq müqavilə “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Rəqəmsal Ticarət sahəsində Əməkdaşlıq haqqında Anlaşma Memorandumu”dur.